Niderlandın Azərbaycandakı səfiri Lənkəranda olub

Niderlandın Azərbaycandakı səfiri Lənkəranda olub

Bu gün Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinde Lənkəranda olub. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, xarici diplomat öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

Görüş zamanı Lənkəranın unikal təbii imkanları, iqtisadiyyatı və turizm potensialı barədə geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı Lənkəran haqqında səfirə ətraflı məlumat verilib. Bildirilib ki, süptropik rayon olan Lənkəran iqdisadiyyatının əsas hissəsini kənd təsrrüfatı və sübtropik meyvəçilik təşkil edir. O cümlədən burada çayçılığın inkişafı üçün son illərdə əsaslı addımlar atılıb. Sovetlər birliyi dağıldıqdan sonra çayçılığın tənəzzülə uğramasına baxmayaraq ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlətin bu sahəyə diqqəti xeyli artıb. Belə ki,dövlət tərəfindən fermerlərə verilən güzəştli və uzunmüddətli kreditləri nəticəsində yeni çay plantasiyalarının salınmasına nail olunub. Bunun nəticəsi olaraq rayonda 5 çayşılıq fabriki fəaliyyət göstərir.

Lənkəranla əlaqələrin qurulmasının mümkünlüyünü qeyd edən səfir Niderland hökumətinin burada bir neçə sahənin inkişafında, o cümlədən Xəzər dənizinin və yerli çayların sahilbərkitmə işlərində, gülçülük təsərrüfatının dirçəldilməsində Lənkəran rayonuna dəstək verilməsini istisna etməyib.

Diplomat həmçinin Azərbaycanda çalışdığı 2 il ərzində Lənkərana ikinci dəfə səfər etdiyini vurğulayaraq ötən müddətdə Lənkəran şəhərinin xeyli gözəlləşdiyini bildirib.

İcra başçısı qonağa üstündə "Lənkəran" sözü həkk edilmiş xalça hədiyyə edib.

Görüşdən sonra səfir Arjen Peter Uijterlinde Lənkəranda fəaliyyət göstərən bir sıra istehsal müəssisəsinə baş çəkib, rayonun tarixi abidələri və maraq kəsb edən yerləri ilə tanış olub.

S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə