"70 min erməni işləmək üçün ölkəmizə gəlir"

"70 min erməni işləmək üçün ölkəmizə gəlir"

"Türkiyədə türk vətəndaşlığı olan 20 min erməni var. Biz onlara xüsusi diqqət edirik. Əgər belə olmasa Bosniya və Hersoqovinada baş verən hadisələr Türkiyədə də ola bilər". SİA-nın məlumatına görə, bunu Marmara Qrupu strateji və sosial araşdırmalar fondunun prezidenti Akkan Suver Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə jurnalistlərlə keçirilən görüşdə deyib.

O bildirib ki, Ermənistan mətbuatında Türkiyə ilə bağlı neqativ fikirlər səsləndirilir. Lakin Türkiyə mətbuatında Ermənistanın əleyhinə yazılar nümayiş olunmur. "Amma Ermənistandan 70 min erməni Türkiyədə işləmək üçün ölkəmizə gəlir. Onlara da türk vətəndaşlarının seçdikləri normal işlərdə işlədikləri və qanun pozuntusuna yol vermədikləri üçün Türkiyə dövləti tərəfindən heç bir təsirə məruz qalmırlar. Əgər bu ermənilər nakotik satışı və bu kimi mənfi xarakterli fəaliyyətlərə başlasalar təbii ki, onların qarşısının alınması üçün tədbirlər görüləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə