Fransa XİN tərəflərə çağırış etdi

Fransa XİN tərəflərə çağırış etdi

Loran Fabius azərbaycanlı həmkarına məktub göndərib

Fransanın xarici işlər naziri Loran Fabius Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub göndərib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Məktub Azərbaycan tərəfinin işğal olunmuş Dağlıq Qarabağda qanunsuz hava limanının tikintisi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə göndərdiyi sorğuya cavabdır.

"Tərəflər bölgədə gərginliyin artmasına səbəb ola biləcək fəaliyyətlərdən qaçmalıdır", - deyə L.Fabius məktubunda bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə