İlin qeyri-hökumət təşkilatı

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB "Türk dünyası həqiqətlərinin yayılmasında və ortaq türk mədəniyyətinin təbliğindəki xidmətlərinə görə" Avropa Qəzetçilər Dərnəyi tərəfindən "İlin qeyri-hökumət təşkilatı" seçilib.

Bu barədə məlumat verən Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlibəyova bildirib ki, bu mükafat bu ilin dekabrın 6-da Şimali Kipr Türk Respublikasında təşkil olunacaq Avropa Qəzetçilər Dərnəyinin növbəti mükafatlandırma mərasimində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevaya təqdim olunacaq.

Qeyd edək ki, "İlin ən yaxşıları" mükafatı Avropa Qəzetçilər Dərnəyi tərəfindən hər il müxtəlif sahələrdə uğur qazanan insanlara verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə