ARDNŞ prezidenti Rövnəq Abdullayev qanunsuz evlərə görə təzminat gözləyənlərə də cavab verib
"Sulutəpədə hazır evlər sökülmür". Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Londona səfəri çərçivəsində BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Sulutəpədə ARDNŞ-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində yeni qanunsuz tikintilərinin aparılmasının qarşısı alınır: "O evlərin heç birində yaşayış olmayıb. Mənə bir kadr göstərdilər. Yarımtikili bir otaqdır, içəri bir stol qoyub oturublar. Bu yaşayışdırmı? Evin heç damı da yoxdur. Burada necə yaşayış ola bilər?".
Rövnəq Abdullayev Sulutəpədə evlərin sökülməsi ilə bağlı ajiotaj yaratmaq cəhdlərində torpaq alveri ilə məşğul olan şəxsləri günahlandırıb. Onun sözlərinə görə, belə şəxslər vətəndaşlara saxta sənədlər verirlər. ARDNŞ prezidenti bəyan edib ki, qanunsuz evlərə görə təzminat verilməsi mümkün deyil: "Biz beş ildir vətəndaşlara müraciət edirik ki, belə sənədlər almasınlar, qanunsuz tikinti aparmasınlar. Vətəndaşlar bu xəbərdarlıqlardan sonra bunu edirlərsə… Dünyanın hansı ölkəsində vətəndaş belə edə bilər? Kimsə Hayd-parkda qanunsuz ev tiksin ki, mənə təzminat verin, hüquqlarım pozulur. Bunu deyə bilərmi? O, istirahət sahəsidir, bu da neft sahəsidir".
"Baş verənləri şişirdənlər var. Hay-küy salan pullu qüvvələr var. Qadınlardan ibarət qrupları gətirirlər ora. Mən faktlar təqdim edə bilərəm ki, hadisələr zamanı orada aidiyyatı olmayan adamlar olublar", – Rövnəq Abdullayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB