İntiqam Babayev: "Sərgi gənclər təşkilatları arasında informasiya mübadiləsinin genişlənməsinə xidmət edir"

İntiqam Babayev: "Sərgi gənclər təşkilatları arasında informasiya mübadiləsinin genişlənməsinə xidmət edir"

"Gənclər təşkilatlarının IV respublika sərgisi"i "Azərbaycan Gəncliyi" dövlət proqramı çərçivəsində keçirilir". Bunu SİA-ya açıqlamasında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

"Gənclər təşkilatlarının IV respublika sərgisi"inin keçirilməsinin də məqsəd gənclər təşkilatlarının əldə etdikləri nailiyyətləri geniş ictimaiyyətə təqdim etməkdir. "Sərgidə iştirak edən təşkilatlar öz aralarında əlaqələri genişləndirir və informasiya mübadiləsinin artmasına zəmin hazırlayırlar. Bu IV sərgidir ki, keçirilir. Hər sərgidə də iştirak edən təşkilatların sayı artır. Bu da onların fəallığı ilə bağlıdır. Bu sərgidə 72 gənclər təşkilatı iştirak iştirak edir. İlk dəfə olaraq "Azərbaycan Gəncliyi" dövlət proqramı sərgidə stend şəklində iştirak edir. Keçən il bu proqram cənab prezidentimiz İlham Əliyev tərəfindən təsdiq olundu. Artıq 1 il ərzində görülmüş işlər sərgidə nümayiş olunur".

"Gənclər təşkilatlarının IV respublika sərgisi"ində gənclər və idman nazirliyinin gənclərlə bağlı iki beynəlxalq qurumla həyata keçirdiyi layihələrin nümayiş olunduğunu deyən nazir müavini bildirdi ki, bir stend isə könüllülər üçün təlimlərin keçirilməsinə ayrılıb: "Belə sərgilərin keçirilməsi gələcəkdə belə tədbirlərin keçirilməsi üçün stimuldur. Vurğulayım ki, bu, bizim gənclər təşkilatlarının yalnız Azərbaycanda fəaliyyət göstərən qismidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə