Müstəqillik dövründə güclü vətəndaş cəmiyyəti formalaşıb

Müstəqillik dövründə güclü vətəndaş cəmiyyəti formalaşıb

Azərbaycanda müstəqillik dövründə çox güclü vətəndaş cəmiyyəti formalaşıb. SİA-nın xəbərinə görə bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov Bakı Ekspo Mərkəzində "ITE Group PLC"nin Qafqazdakı tərəfdaşı "İteca Caspian" MMC-nin təşkilatçılığı ilə "I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi" və "Gənclər təşkilatlarının IV respublika sərgisi"nin rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət və özəl sektorla yanaşı, qeyri-hökumət təşkilatlarından ibarət olan üçüncü sektor da fəaliyyət göstərir: "Bu gün Ədliyyə Nazirliyində 2800-dən çox QHT qeydiyyata alınıb. Onların təxminən 200-ü gənclər təşkilatlarıdır. Əminliklə deyə bilərəm ki, bu gün ölkədə fəaliyyət göstərən gənclər təşkilatları QHT-lərin ən fəal və dinamik hissəsini təşkil edir. Gənclik özü-özlüyündə enerjili və təşəbbüskar bir qüvvədir. Həmçinin, Gənclər və İdman Nazirliyi 1994-cü ildən bu günə kimi gənclər təşkilatlarına hərtərəfli mənəvi və maliyyə dəstəyi göstərib. Bütün bu diqqət və qayğı həmin təşkilatların inkişafına səbəb olub".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə