Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti bu ilin sonunadək öz saytını elektron hökumət portalına birləşdirəcək. SİA-nın məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə DSNX-nin rəhbəri Namiq Xəlilov bildirib.
Onun sözlərinə görə, işlər tamamlanma mərhələsindədir: "Maliyyə Nazirliyi sığorta sahəsində artıq elektron xidmətləri təqdim edib. Nazirliyin saytında "elektron xidmətlər" bloku vasitəsi ilə sığorta, təkrar sığorta, sığorta agenti və sığorta brokeri fəaliyyəti üzrə lisenziyaların alınması üçün ilkin və yekun müraciətləri göndərmək, həmçinin sığorta və təkrar sığorta fəaliyyətinə müddətsiz lisenziyalara görə müraciət etmək olar".
Bununla yanaşı, Xəlilov həmin xidmətlərin yaxın vaxtlarda DSNX-nin saytına birləşdiriləcəyini de qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB