Azərbaycanda havanın temperaturu artacaq

Bakıda 14 dərəcəyədək isti gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, gecə və səhər ayrı-ayrı rayonlarda çiskin olacağı gözlənilir. Havanın temperaturu gecə 3-7, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Noyabrın 28-dən 30-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, temperatun ötən günlərə nisbətən 2-4 dərəcə yüksələcəyi gözlənilir .

Bütün xəbərlər Facebook səhifəmizdə