Latviyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Latviyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Valdis Dombrovskisi Azərbaycan baş nazirinin müavini Əli Həsənov qarşılayıb

Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Latviyanın Baş naziri Valdis Dombrovskisi Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Valdis Dombrovskis ilə Əli Həsənov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə