Azərbaycanın 25 media nümayəndəsi Türkiyənin TRT kanalında təlim keçməyə davam edir. SİA-nın məlumatına görə, noyabrın 25-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı - İstanbul - Ankara reysi ilə Türkiyəyə yollanan jurnalistlər axşam saatlarında sözügedən televiziyanın qonaq evində məskunlaşıblar. Həmin gün istirahət edən media nümayəndələri bir gün sonra TRT-nin baş redaktoru Ali Ahmed Bokenin keçirdiyi seminara qatılıblar.
Jurnalistlər TRT-nin Təhsil şöbəsinin rəhbəri və köməkçiləri ilə şam yeməyi yeyiblər.
Daha sonra isə kanalın digər rəhbər şəxləri ilə görüşlər keçirilib və onlar qonaqların suallarını cavablandırıblar. Seminarlar zamanı müasir texnalogiyanın, soasial şəbəkələrin mediada rolu, digər vətəndaşlardan müxbir kimi istifadə etmək, dezinformasiyalar, saxta görüntülər, xəbərin hazılranması, yayım zamanı işlər, hadisə yerindən reportajların hazırlanması, xəbərin operativ yayımlanması və s. mövzular barədə müzakirələr aparılıb və TRT təcrübəsi öyrənilib.
Məlumat verilib ki, TRT-nın hazırda 14 kanalı fəaliyyət göstərir və burada 7 min əməkdaş çalışır. Televiziyanın inzibati binasının və bir neçə studiyasının yerləşdiyi həyətyanı sahədə işçilərin uşaqları üçün bağça, xəstəxana, 3 yeməkxana, qonaq evi, bir neçə bankın nümayəndəliyi və digər köməkçi qurumlar var.
Azərbaycanın media təmsilçiləri həmçinin TRT AVAZ kanalının studiyasında olub və "Bir avaz" proqramının canlı yayımında da iştirak ediblər.
Təlimlər zamanı TRT-nin digər kanllarının studiyalarına baxış, tanınmış xəbər aparıcıları və jurnalsitlər ilə görüşlər, Ankarının mədəni abidələrinə və görməli yerlərinə səfərlər də nəzərdə tutulub.
Qeyd edək ki, layihənin dekabrın 7-də başa çatdırılması planlaşdırılır.
Elgün Vidadioğlu,
Ankara - Bakı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB