İsmət Abbasov: "Bu il payız səpini gecikib"

İsmət Abbasov: "Bu il payız səpini gecikib"

Azərbaycanda payızlıq əkin işləri çərçivəsində indiyədək 800 min hektardan çox ərazidə səpin və şumlanma işləri aparılıb. SİA-nın verdiyi xəbər görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərüfatı naziri İsmət Abasov bildirib.

Nazirin sözlərinə görə, bu il oktyabr-noyabr aylarında hava yağmursuz keçdiyinə görə payız səpini bir az gecikib. "İndiyədək təqribən 800 min hektardan çox ərazidə səpin aparılıb. Bunun təxminən 570 min hektarı buğda, 230 min hektara yaxın isə arpa təşkil edir. Buğda əkin sahələri ötən ilə nisbətən 5,3-5,4 faiz çoxdur. Amma hələlik səpin, şum işləri aparılır. Ümumilikdə 960 min hektarda səpin işinin aparılması nəzərdə tutulur ki, bunun 700 min hektarı buğda, 260 min hektrar hissəsədə isə arpa və digər yem bitkiləri əkiləcək".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə