Norberto Yahuar: "Azərbaycanla 2020-ci ilədək birgə plan üzərində işləyəcəyik"

Argentinanın kənd təsərüfatı naziri Azərbaycanda səfərdədir
Norberto Yahuar: "Azərbaycanla 2020-ci ilədək birgə plan üzərində işləyəcəyik"

Argentinanın kənd təsərüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yahuarın rəhəbrlik etdiyi nümayəndə heyəti Azərbaycan səfər gəlib. SİA-nın verdiyi xəbərə görə, nümayəndə heyəti bu gün Fəxri Xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Hörmətli qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını yad edib.

Daha sonra qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət ediblər.

Bundan sonra qonaqlar kənd təsarufatı nazri İsmət Abasov ilə görüşüb. Görüşdə Argentina tərəfindən "Azərbaycanda aqrar-sənaye sektorunun inkişafı ilə bağlı strateji Master Plan"nın təqdimatı keçirilib. Görüş çərçivəsində bir sıra məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlığın vəziyyəti iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də dostluq və xoş münasibətlərin mövcudluğu səciyyələndiyi diqqətə çatdırılıb. Gələcəkdə heyvandarlıq çərçivəsində də əməkdaşlığın inkişafı nəzərdə tutulub.

Hər iki ölkənin marağı var ki, kənd təsərüfatının inkişafında birgə çalışsınlar. Bunu jurnalistlərə açıqlamasında Argentinanın kənd təsərüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yahuar deyib. "Ölkələrimiz yüksək inkişafdadır. Argentina son illərdə kənd təsərrüfatında yüksək naliyyətlər əldə edib. Düşünürəm ki, biz Azərbaycanla bu təcrübəmizi bölüşə bilərik. Azərbaycanla 2020-ci ilədək birgə plan üzərində işləyəcəyik. İstər Azərbaycan prezidenti cənab İlham Əliyev, istərsə də Argentina prezidenti Kristina Fernandesin birgə marağı var ki, hər iki ölkə aqrosənaye kompleksinin inkişafı ilə bağlı sıx əməkdaşlıq etsin. Biz bu maraqlarımız birləşdirərək güclü inkişafa nail ola bilərik", - deyə argentinalı nazir bildirib.

Qeyd edək ki, N.Yauharın Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev, fövqəlada hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşləri nəzərdə tutulub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə