Şəki zəlzələ ilə oyandı

Bu gün saat 08:24 radələrində Şəki şəhərində zəlzələ olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,0 maqnituda olub. Zəlzələ Şəki şəhərində 3,0 maqnitudaya qədər hiss olunub. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə