Prezident İlham Əliyev QDİƏT-in baş katibini qəbul edib

Prezident İlham Əliyev QDİƏT-in baş katibini qəbul edib

Viktor Tvikun təşkilatın baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib

Azərbaycan prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvikunu qəbul edib. Viktor Tvikun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Dövlət başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsində ona uğurlar arzulayıb. Görüşdə region ölkələri arasında əlaqələrin genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rolu vurğulanıb, Təşkilatın Parlament Assambleyasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunacaq məsələlərin əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə