Məlum olduğu kimi Azərbaycanın şimal-qərb bölgəsində güclü zəlzələ baş vermişdi. Dövlət başçısının bilavasitə göstərişi və rəhbərliyi ilə zəlzələdən ziyan çəkmiş evlərin bərpası və yenidən qurulması istiqamətində geniş layihə hazırlanaraq həyata keçirilməsi istiqamətində işlər görülür. Bu gün demək olar ki, həm fərdi evlərin, həm də sosial obyektlərin tikintisi tam sürətlə aparılır. Amma bəzi kütləvi informasiya vasitələrində Zaqatala rayonunuda zəlzələ ilə əlaqədar 100-dən artıq uşağ bağçasının fəaliyyətinin dayandırılması, uşaq bağçalarının müəllimlərindən "kirayə pulu" yığılması barədə yazı verilib.
SİA-nın bölgə müxbiri məsələ ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, rayonda cəmi 39 uşaq bağçası olduğu halda 100-dən artıq uşaq bağçasının fəaliyyətinin dayandırılması və digər neqativ halların baş verməsi haqqında verilən yazılar həqiqətə uyğun olmayan yalan məlumatdır.
Zəlzələ nəticəsində rayonda mövcud olan 39 bağçadan 10-da körpələrin təhlükəsizliyinin təmin edilməsi üçün fəaliyyəti müvəqqəti dayandırılıb, 3 bağçanın fəaliyyəti əlaqədar strukturların birgə razılığı əsasında digər münasib binalarda davam etdirilir. Müəllimlərdən bağça binası üçün kirayə pulu yığılması haqda yazılanlar həqiqətə uyğun deyildir və Rayon İcra Hakimiyyəti fəaliyyəti dayandırılan uşaq bağçalarının işinin davam etdirilməsi üçün müvafiq tədbirlər görür.
Məlumat üçün bildiririk ki, rayonda cari ildə 2 yeni uşaq bağçası tikilib, 3 bağçada əsaslı təmir işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB