Bu gün Beynəlxalq mətbuat mərkəzində (BMM) "Qadınlara qarşı gender əsaslı zorakılıq və Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" konvensiyasının ictimai vəkillik mexanizmlərindən istifadə" layihəsi çərçivəsində baş tutub. Tədbirdə çıxış edən "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova bildirib ki, 2011-ci ildə 1782 cinayət hadisəsinin məişət zorakılığı ilə bağlı olması və onların 10.5 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 10.2 faizi sərxoş vəziyyətdə baş verib: "Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 74.3 faizi döymə, 20.5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 1.7 faizi qəsdən adam öldürmə, 3.5 faizi isə digər cinayətlərdir. 2012-ci ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların üçü 18 yaşadək qızlar, 4 isə hamilə qadındır. Bu növ cinayətlərin 10.2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11.3 faizi sərxoş vəziyyətdə törədilib".
M.Zeynalova qeyd edib ki, Təmiz Dünya qadınlara yardım ictimai birliyinin tərəfindən aparılan mətbuatın monitorinqinə əsasən, 2005-ci ildə 15 nəfər, 2010-cu ilsə 109 nəfər, 2011-ci ildə 135 nəfər, 2012-ci ilin bu gününə kimi 38 nəfər qadın evdə öldürülüb.
Millət vəkili Zahid Oruc isə deyib ki, məişət zorakılığı ilə əlaqədar ölkə həyatının tarixi aspekstlərini təhlil edilməsi xüsusilə vacib amildir: "Nəyə görə, biz qadınlara qarşı qəddar olmalıyıq? Müasir dövrdə qadına əl qaldıran, onu döyən kişi özünə inanmayan zəif insandır".
Milli Məclisin üzvü Fazil Mustafa bildirib ki, qadına sayğı göstərilməyən, onu aşağılayan, onu qətl edən bir cəmiyyətdə insan ləyaqətindən söz düşəndə hamı başını aşağı dikməlidir: "Mili-mənəvi dəyərlər anlayışına Azərbaycanda çox da önəm verilmir: "Qadınların vərəsəlik, mülkiyyət hüququ kişilərə nisbətən daha tez məhdudlaşdırılır".
Tədbirdə digər çıxış edənlər də qadınların məişət zorakılığına məruz qalması ilə bağlı dəyərli fikirlərini bölüşüblər . Sonda isə bir qrup şəxsə diplomlar təqdim olunub. Dəyirmi masaya xüsusi hazırlanmış flaşmobla yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB