Hərbi hissədən də oğurluq edib

Yevlax şəhərində hərbi hissədən oğurluq edən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də Yevlax şəhəri ərazisində, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus rabitə kabelinin 500 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərilib. Lakin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kabeli oğurlamağa cəhd göstərmiş Laçın rayon sakini Fəxri Binnətəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə