Ruslar 21 dekabrda da araq içəcək

Ruslar 21 dekabrda da araq içəcək

Rusiyanın Tomsk şəhərindəki marketlərdə üzərində 'Dünyanın sonu üçün' yazılan ehtiyac paketləri satılmağa başlanıb. SİA-nın İnterfax.ru agentliyinə istinadən verdiyi xəbərə görə, hər paketin içərisində ad və soyad yazmaq üçün yaxa kartı, dərmanlar, bir paket qarabaşaq, bir konserv çaça balığı və kiçik bir şüşə araq var.

Bundan başqa setin içərisində bir qeyd dəftəri, qələm, iki şam, kibrit və sabun da var.Satıcılar paketin içərisindəki məhsulların həqiqi olduğun söyləyiblər. Onlar bu paketlərin yalnız Tomsk sakinləri üçün deyil başqa şəhərlərə də göndərə biləcəklərini deyiblər.

Xatırladaq ki, Maya təqvimində 21 dekabr 2012 tarixi dünyanın sonu kimi qeyd olunub. Buna inanan kifayət qədər insan var və onlar bunun üçün müxtəlif tədbirlər görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə