Sabah hava yağmurlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, noyabrın 26-da Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən, duman, çiskin, axşamdan başlayaraq yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Ölkəni dağlıq ərazilərində yağıntıların sulu qara, qara keçəcəyi ehtimalı var.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə