Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün "Təzəpir" məscidində qan verib. SİA-nın verdiyi xəbərə görə, Şeyxülislam jurnalistlərə bildirib ki, şəriət insanların özlərinə zülm verməsinin əleyhinədir və bu səbəbdən QMİ qan verməklə ehtiyacı olan insanlara kömək etmək təşəbbüsünü irəli sürüb.
Şeyxülislam bildirib ki, İmam Hüseyn əleyhissalam və yaxınları, həmçinin Qarabağda həlak olanlar bizim bu günümüz uğrunda şəhid olublar: "Biz də qan verməklə neçə-neçə insanın şəfa tapması, gələcəyi üçün öz köməkliyimizi göstərib, savab iş görmüş oluruq. O şəhidlərin qanının yerdə qalmamasını arzulayıram. Şəhidliyin nə olduğunu biz yaxşı bilirik".
QMİ sədri həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi qanvermə aksiyasını təkcə Aşura günü deyil, mütəmadi olaraq keçirməlidir: "Ümumiyyətlə, bunun üçün gələcəkdə xüsusi proqram hazırlanmalıdır. Aşura günü ilə bağlı Səhiyyə Nazirliyi bütün şərati yaradıb ki, insanlar könüllü olaraq qan versinlər. Bu cür aksiyaları Səhiyyə Nazirliyi proqram şəkilində keçirsə, lap yaxşı olar".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB