Sizcə aşiq olmaq, siqareti tərgitmək, pəhrizə başlamaq, içki içmək üçün ən ideal günlər hansıdır? SİA The Sun qəzetini apardığı araşdırmanı təqdim edir.
Bazar ertəsi stressdən uzaq durun! Araşdırmalara görə, bu gündə ürək tutmasından ölənlərin sayı digər günlərdən 20 dəfə yüksəkdir.
Çərşənbə axşamı həftə ərzində ediləcək işlərinizin siyahısını hazırlayın. Bu gün insanların ən sevimli günüdür.
Çərşənbə günü aşıq olun. ABŞ-da 8 min subay insan arasında aparılan araşdırmalara əsasən demək olar ki, bu gün yeni tanış olduğunuz biri ilə görüşmək üçün ideal gündür. Görüşü yaxşı keçən insanlar iki gün sonra yenidən görüşürlər.
Cümə axşamı cinsi münasibətə girin. Araşdırmalara görə, həmin gün bədəndə olan seks hormonları digər günlərə nisbətən 5 dəfə yüksək olur.
Cümə günü siqareti tərgidin. ABŞ-da aparılan araşdırmalara əsasən deyə bilərik ki, həftə sonunun gətirdiyi enerji siqaretdən daha asan azad olmağı təmin edir.
Şənbə günü içki içməyin! Bu gündə sərxoş sürücülərin törətdiyi qəzalar digər günlərə nisbətən 70% daha çoxdur.
Bazar günləri isə evdə yemək bişirmək stressə səbəb olur. Ona görə də, bazar günlər hər-hansı restorana yeməyə gedin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB