Qanvermə aksiyası keçirilir

Aşura münasibətilə qanvermə aksiyası keçirilir. SİA-nın verdiyi xəbərə görə, qanvermə aksiyaları Bakının Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhərdəki Cümə məscidində, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında,Sumqayıtda şəhər Cümə məscidində, Gəncədə İmamzadə məscidində, Mingəçevir şəhərində Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhərində yerləşən Böyükbazar məscidində və Bərdə Cümə məscidində keçirilir.

Aksiyada iştirak etmək istəyənlər bu ünvanlarda qan verə bilərlər.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə