Bu gün AccessBank peşəkar jurnalistlər üçün "Biznes və Media" mövzusunda xüsusi təlim təşkil edib. SİA-nın məlumatına görə, təlimdə ilk olaraq çıxış edən bankın ictimai əlaqələr üzrə meneceri Nigar Məmmədova bildirib ki, bugünkü təlim AccessBank-ın "Press tur" layihəsi çərçivəsində və British Council-in dəstəyi ilə həyata keçirilir. Təlimin keçirilməsində əsas məqsəd yerli jurnalistlərin beynəlxalq təcrübə ilə daha yaxından tanış olmasıdır.
Təlimçi Reuters xəbər agentliyinin müxbiri Oliver Veyts iştirakçılarla yaxından tanış olub. Daha sonra vurğulayıb ki, biznes xəbərləri özünə hörmət edən istənilən xəbər agentliyinin mühüm fəaliyyət istiqaməti hesab edilir: "İqtisadi faktorlar tarixi dəyişir, hökumətləri süquta uğradır, müharibələrin başlanmasına və qurtarmasına səbəb olur. Biznes siyasətə, diplomatiyaya, ətraf mühitə, hətta mədəniyyət və idmana təsir edir".
Onun sözlərinə görə, biznes jurnalistika öz- özlüyündə jurnalistika olaraq qalır və mövcud normal qaydalar burda da tətbiq olunur: "Belə ki, konkret və dəqiq yazı, mənbənin açıq aydın göstərilməsi, balans, xəbər başlığının düzgün qaydada əsaslandırılması, düzgün seçilən sitatlar, axıcılıq və digər məsələlər burda öz əksini tapır".
Qeyd edək ki, təlim mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyən təcrübəli təlimçi Reuters xəbər agentliyinin müxbiri Oliver Veyts tərəfindən keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB