Bakıda QDİƏT-ə üzv ölkələrin QHT-lərinin I Forumu keçiriləcək

Bakıda QDİƏT-ə üzv ölkələrin QHT-lərinin I Forumu keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin QHT-lərinin I Forumu keçiriləcək.

Şuranın katibliyindən verilən məlumata görə, Forumda Azərbaycanın, Türkiyənin, Albaniyanın, Bolqarıstanın, Gürcüstanın, Moldovanın, Rumıniyanın, Rusiyanın, Serbiyanın, Ukraynanın, Yunanıstanın nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli QHT nümayəndələri iştirak edəcəklər.

Forumun keçirilməsində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın əlaqələndirilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstəyin verilməsi, qarşılıqlı əlaqələrin inkişafında, münaqişələrin aradan qaldırılması təşəbbüslərində vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.

Forumda qurumun nizamnaməsinin və Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə