Atəşkəs yenidən pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycan ordusunun mövqelərini dörd istiqamətdə atəşə tutub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ermənistanın Berd rayonunun Mosesqerx kəndində, işğal olunmuş Ağdam rayonunun Şıxlar və Qaraqaşlı, Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozulub.

Bütün istiqamətlərdə düşmən cavab atəşi ilə susdurulub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə