Qəzetin informasiyası yalan çıxdı
"Azadlıq" qəzeti 23 noyabr 2012-ci il sayında ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyərək təkzib verib.Yasamal Rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə A. Məmmədovun vəkilləri tərəfindən "Kəmaləddin Heydərovun ayısını yedilər" başlığı və "Ziya Məmmədovun oğlu "fövqəlnazir"-in restoranındakı ayını kəsdirərək kabab bişirtdirib" yarımbaşlığıyla "Azadlıq" qəzetinin 02 iyul 2010-cu il tarixli sayında dərc olunan yazı ilə bağlı ilə qaldırılan məhkəmə iddialarına baxaraq təkzib vermək barədə qərar çıxarıb.
Qəzet bugünkü sayında verdiyi təkzibdə yazır: ""Azadlıq" qəzeti olaraq, həm Anar Məmmədovun vəkillərinin müraciətinə, həm də məhkəmə qərarlarına hörmətlə yanaşaraq, sözügedən yazını təkzib edir və yanlışlığa görə üzr istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB