Muşahid Hüseyn Sayed: "Pakistan tam olaraq Azərbaycan tərəfini dəstəkləyir"

Muşahid Hüseyn Sayed: "Pakistan tam olaraq Azərbaycan tərəfini dəstəkləyir"

Pakistan İslam Respublikası Dağlıq Qarabağ konfliktində tam olaraq Azərbaycan tərəfini dəstəkləyir. Bunu SİA-ya açıqlamasında Pakistan Müsəlman Liqası Partiyasının nümayəndəsi senator Muşahid Hüseyn Sayed deyib.

Senator qeyd edib ki, Pakistan BMT TŞ-nın qətnamələrinin ciddi şəkildə əməl olunmasını və Azərbaycana qarşı olan aqresiyanın tam aradan qaldırılmasını istəyir: "Vurğulayım ki, bizim Ermənistanla dövlət səviyyəsində heç bir əlaqəmiz yoxdur. Biz onların dövlət müstəqilliyini tanımırıq. Bu səbəbdən bizim münaqişədəki mövqeyimiz başa düşüləndir".

Muşahid Hüseyn Sayed Bakıda keçirilən konfrans barədə də fikirlərini bildirib: "Konfrans çox vacib bir hadisədir. Burada Asiyanin hər bir ölkəsindən siyasi partiyalar iştirak edir. Bu Azərbaycan üçün böyük bir uğurdur. İlham Əliyevin liderliyi və YAP-nın əhəmiyyətli səyləri nəticəsində bu gün Azərbaycan Asiya və Avropanı birləşdirən bir körpü rolunu oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə