Fadi Favaua: "Paytaxtınız füsünkar gözəlliyə sahibdir"

Fadi Favaua: "Paytaxtınız füsünkar gözəlliyə sahibdir"

Hər şeydən əvvəl Azərbaycan Respunlikasına belə böyük tədbiri yüksək səviyyədə keçirməsinə görə, öz tərəfimizdən təşəkkür edirik. SİA-ya açıqlamasında bunu Livanın baş nazirinin məsləhətçisi Fadi Favaua deyib.

Livanlı qonaq bildirib ki, bu onun Bakıya birinci səfəridir: "Paytaxtınızın füsünkar gözəlliyə sahib olduğunu qeyd etmək istərdim".

"Plenar iclaslardakı müzakirələr bizim hər bir anlamda irəliyə doğru adıımlar atmağımıza şərait yaradır. Buradakı müzakirələrdə müəyyən problemlərin hansı məcrada həll edilməsi lazım olduğu fikir mübadiləsi əsasında aydınlaşır. Müxtəlif ölkələrin nümayəndələri öz problemlərini digər iştirakçılarla belə diplomatik atmosferada müzakirə etməsi, düşünürəm ki, konstruktiv nəticələrə yol açan mühüm bir prosesdir", - deyə nümayəndə heyətinin üzvü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə