Son günlər bəzi kütləvi informasiya vasitələrində İmişi rayon İcra Hakimiyyətinin başçısı barəsində Samux rayon sakini Nəzərov Nəsrulla Cəfər oğlunun adından heç bir hüquqi əsası olmayan böhtan xarakterli yalan məlumatlar dərc etdirilir. Məsələyə aydınlıq gətirmək üçün SİA-nın Qarabağ bürosunun əməkdaşı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İmişli rayon İcra Hakimiyyətindən bildiriblər ki, kütləvi informasiya vasitələrində bu barədə dərc olunan materiallar tamamilə yalan və böhtandır. Belə ki, bu kimi məlumatları "Gündəm-xəbər" qəzetinin 11 oktyabr 2011-ci il tarixli 158-ci sayında dərc etdiyinə görə, Hacıyev Vilyam Fəhralı oğlu Samux rayonu Ağasıbəyli kənd sakini Nəzərov Nəsrulla Cəfər oğlu və "Gündəm-xəbər" qəzetinin redaksiyasına qarşı şərəf və ləyaqətin, işgüzar nüfüzun müdafiəsi ilə bağlı vurduğu mənəvi zərərin əvəzini ödəmək məqsədilə Samux rayon məhkəməsində iddia qaldırıb. İddiaya Samux rayon məhkəməsi 11 yanvar 2012-ci il tarixdə baxaraq cavabdehlər Nəzərov Nəsrulla Səfər oğlu və "Gündəm-xəbər" qəzetinin redaksiyasından şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən yalan məlumatlar yaydığına görə, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə qətnamə qəbul edib. Həmçinin, Hacıyev Vilyam Fəhralı oğlu barəsində yazılan böhtan xarakterli yazılara təkzib verilməsi bir vəzifə olaraq "Gündəm-xəbər" qəzetinin üzərinə qoyulub.
Bir daha bildiririk ki, yazılanlar yalan və hec bir qanuni əsası olmayan böhtan xarakterli yazılardır. Görünür bu cür məlumatların yayılması kimlərinsə subyektiv maraqlarına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB