Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin Bakıda keçirilən iclasında Ermənistanın "İrs" partiyasının lideri Raffi Ovannisyan çıxış edərək ölkəsinin Dağlıq Qarabağı işğal etməsinə haqq qazandırmağa çalışıb.
SİA-nın xəbərinə görə, o "işğal" sözündən istifadə olunmasını ümumiyyətlə, düzgün saymayıb. Erməni partiya sədri bu kimi digər fikirlər də səsləndirib.
R. Ovannisyandan sonra çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə onun fikirlərini "həyasızcasına deyilmiş yalan" adlandırıb. A. Əlizadə Xocalıda günahsız mülki şəxslərin, o cümlədən uşaqlar və qocaların qəddarcasına qətlə yetirildiyini xatırladıb.
Azərbaycanın Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də ermənilər tərəfindən Xocalı şəhərinin tamamilə dağıdıldığını, uşaqlar, qadınlar, yaşlı insanların vəhşicəsinə öldürüldüyü, yandırıldığı faktına yenidən toxunub: "Lakin buna baxmayaraq biz qisas almaq istəmirik, bir ədalət istəyirik. Əgər bu hərbi cinayətkarlar beynəlxalq tribunlara cəlb edilməsələr, onlar bu cinayətlərini təkrar edəcəklər".
Tədbir davam edir.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB