Vasitəçilərin Serj Sarkisyan və Edvard Nalbandyana yeni təkliflər verəcəyi gözlənilir
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) i Jak For (Fransa) bu gün İrəvana səfər ediblər. Bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan da təsdiq edib.
Səfər çərçivəsində həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri planlaşdırılır.
Qeyd edək ki, ötən həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər. Onlar Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla danışıqlar aparıblar.
Xankəndi və İrəvanın ardınca vasitəçilərin Bakıya gələcəyi gözlənilir. Onlar noyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşəcəklər.
Səfər çərçivəsində vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı yeni ideyaları tərəflərə təqdim edəcəkləri ehtimal olunur.
Qeyd edək ki, dekabrın 6-7-də İrlandiyanın paytaxtı Dublində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB