Bidzina İvanişvili bəyan edib ki, soydaşlarımızın əlindən alınan torpaqlar geri qaytarılmalıdır
Bidzina İvanişvili Gürcüstanda yaşayan azərbaycanlıların torpaqla təmin olunması ilə bağlı problemlərə münasibət bildirib. Bidzina İvanişvili mətbuat konfransında bildirib ki, Kvemo-Kartli və Saqareco bölgələrində azərbaycanlılara məxsus 7 min hektar əkin sahələrinin ərəblərə, iranlılara, bur tayfalarına və köhnə hakimiyyətin məmurlarına satıldığı barədə məlumatı var.
"Gürcüstanda icarəyə verilən və özəlləşdirilən torpaqların verilməsi qanunsuz olub, bu torpaqların 80 faizi qeydiyyata alınmayıb. Mənə yaxşı məlumdur ki, azərbaycanlıların əlindən torpaqlar alınıb və başqalarına verilib. Biz o zaman azərbaycanlılara kömək edə bilmədik. Onlar özlərini aşağılanmış kimi hesab edirdilər. Onların hüquqları bərpa olunmalıdır. Torpaq bölgüsündə ilk öncə, Gürcüstan vətəndaşının hüquqları prioritet olmalıdır, sonra isə ölkəyə gələn xarici vətəndaşlara bu imkan tanınmalıdır. Biz balansı düzəltmək üçün hər şeyi edəcəyik", - deyə baş nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB