Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması iə bağlı görülən işlərə kölgə salmaq məqsədilə heç bir əsası olmayan, həqiqətə söykənməyən qərəzli yazılar dərc edilib. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Dövlətqaçqınkomun mətbuat xidmətinə müraciət edib.
Qurumdan bildiriblər ki, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski-98 ünvanında yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında müvəqqəti məskunlaşan, uzun illərdir ki, çox ağır, dözülməz, heç bir yaşayış satandartlarına cavab verməyən şəraitdə yaşayan məcburi köçkün ailələrinin həmin ünvandan köçürülmələrinə zərurət yaranıb. Bununla bağlı dövlət tərəfindən adı çəkilən ünvanda məskunlaşmış məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin edilmələri üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri, Abşeron rayonu ərazisində inşa edilmiş yeni binalarda mənzillər alınıb və həmin mənzillər bəzilərinin iddia etdiklərinin əksinə olaraq yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən, bütün növ kommunal xidmətləri ilə təmin olunan, tam təmirli mənzillərdir.

Məcburi köçkünlərin köçürüldükləri binada olan mənzillərin hamısı yaşayış sahəsi olmaqla, heç bir ailə qeyri-yaşayış sahəsinə köçürülməyib. Bundan əlavə məcburi köçkünlərin adı çəkilən ünvana köçürülmələri onların kommunal xidmətlərlə təmini və sosial problemlərinin operativ həlli baxımından məqsədəuyğun hesab edilir.
Köçürülmə obyektlivliyi və şəffaflığı təmin etmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Rayon İcra hakimiyyətinin, əraziləri işğal olunmuş Rayon İcra hakimiyyətlərinin, məcburi köçkün icmalarının nümayəndələrinin və Azərbaycan Respublikasi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət Komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə bölüşdürülməsi ilə həyata keçirilir.
Məlumatda qeyd edilib ki, müxalifətyönümlü kütləvi informasiya vasitələrində yazılan yazılar bir daha bu cür yazılarla dövlətin və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlərə gölgə salmaq və onlar arasında narazılıq yaratmaq məqsədini daşıyır: "Bütün bunlardan sonra bu cür yazı müəllifləri bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçlünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər gündəlik Azərbaycan hökumətinin nəzarətində olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz. Ona görə də bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar. Sonda qeyd etmək istəyirik ki, məcburi köçkünlər tərəfindən hər hansı bir neqativ halla bağlı Komitəyə heç bir müraciət daxil olmamışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB