Nafie Əli Nafie Əhməd: "Konfrans Asiya ölkələri arasındaki əməkdaşlığı daha da möhkəmləndirəcək"

Nafie Əli Nafie Əhməd: "Konfrans Asiya ölkələri arasındaki əməkdaşlığı daha da möhkəmləndirəcək"

Birinci dəfədir ki, Azərbaycandayam və özümü burada heç də qərib hiss etmirəm. Bunu SəsTV-yə açıqlamasında Sudan Respublikası Prezidentinin yardımçısı, Milli Kongresin vitse-prezidenti Nafie Əli Nafie Əhməd deyib.

Milli Kongresin vitse-prezidenti deyib ki, sizin ölkənin insanları çox mehriban və qonaqpərvərdir: "Hər şeydən öncə, cənab baş nazir tərəfindən qəbul edildiyimizə görə çox məmnunluq duyuruq. Öz tərəfimizdən cənab nazirə Sudandakı mövcud vəziyyət haqqında məlumat verdik. Görüş əsnasında Azərbaycan və Sudan arasında mövcud olan ikitərəfli münasibətlərə də toxunuldu. Biz belə bir ortaq məxrəcə gəldik ki, Azərbaycan-Sudan münasibətləri hər iki tərəfin maraq çərçivəsindədir və bu münasibətlər daha da inkişaf etdirilməlidir".

Qonaq bildirib ki, konfransın vacibiliyinə gəldikdə isə, çox önəmli bir hadisədir. Tədbirdə bütün Asiyadan siyasi partiyaların nümayəndələri iştirak edir. Konfrans Asiya ölkələri arasındaki əməkdaşlığı və işbirliyi daha da möhkəmləndirir: "Yeni Azərbaycan Partiyasının 20-illik yübileyi münasibəti ilə də partiya nümayəndələrini və bütün xalqınızı Sudan dövləti adından təbrik edirəm və söz verirəm ki, Milli Konqres Partiyası YAP-la hərtərəfli əlaqələri gələcəkdə daha da inkişaf etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə