"Azərbaycan başqa ölkələrə aşılana biləcək çox gözəl bir nümunədir"

Bunu Şri Lankanın Birləşmiş Milli Partiyasın nümayəndəsi Danya Qamaj deyib
"Azərbaycan başqa ölkələrə aşılana biləcək çox gözəl bir nümunədir"

Şri Lankanı təmsil edən tədbir iştirakçısı kimi qeyd edə bilərəm ki, konfrans beynəlxalq sülhün və sabitliyin təmin edilməsinə böyük töhvələr vermə potensialına sahibdir. Bunu SəsTV-yə açıqlamasında Şri Lankanın Birləşmiş Milli Partiyasının Qərb Regional Konsulunun nümayəndəsi Danya Qamaj deyib.

Partiyanın təmsilçisi bildirib ki, Şri Lanka 30 ilə yaxın davam edən vətəndaş müharibəsindən sonra yaradılıb: "Müharibə bitdikdən sonra hər kəs elə düşünürü ki, ölkənin inkişafına mane olan ən böyük problem aradan qalxıb. Amma, hazırda biz tamam fərqli problemlərlə qarşı-qarşıyayıq. Dövlətimiz demokratik prinsiplər əsasında qurulmasına baxmayaraq heç də bu prinsiplərə sadiq duran siyası hakimiyyətə sahib deyilik. Azərbaycana gəldikdə isə, biz tamam fərqli mənzərənin şahidi oluruq. Sevindirici haldır ki, sizin ölkəniz çox qısa zamanda demokratik ənənələrə güclü bağlı olan və iqtisadi cəhətdən sürətli inkişaf tempinə yiyələnən bir dövlət qurmağa nail olmusunuz. Təkcə bir faktı qeyd edim ki, Azərbaycanda yoxsulluq səviyyəsinin son illərdə 50%-dən 7,5%-ə endirilməsi çox böyük nailiyyətdir və bu başqa ölkələrə aşılana biləcək çox gözəl bir nümunədir".

"Bu mənim eyni adlı konfransda artıq 3-cü iştirakımdır və çox sımimiyyətlə deyə bilərəm ki, Azərbaycan təşkilatçılıq baxımından öncəki ölkələrdən müsbət mənada fərqlənir. Konfrans ən yüksək səviyyədə təşkil olunmaqdadır", deyə qonaq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə