Gəncənin mərkəzi küçələrinin genişləndirilməsi davam etdirilir. Uzun illər avtomobil sıxlığından əziyyət yaranan problem bu gün aradan qaldırılır. Şəhər İcra Hakimiyyəti Aparatının təşəbbüsü ilə gəncənin küçə prospektləri yeni simaya salınır. Mərkəzi yaşayış massivlərindən olan Məmməd Xələfov küçəsində qanunsuz və yöndəmsiz, eyni zamanda şəhərin memarlıq üslubuna xələl gətirən tikilələr sökülərək ərazi 1 km-ə yaxın genişləndirilib. Nəticə etibarilə burada avtomobillərin və piyadaların gediş və gəlişi təmin olunub. Bundan əlavə binaların fasad hissəsi daha müasir görkəmə salınacaq, dam örtükləri dəyişdiriləcək. Artıq qeyd olunan işlərə sürətli şəkildə start verilib. Gəncə şəhər Mənzil Komunnal Təsrrüfatı İstehsalat Birliyi mühəndisi İsmayıl Daşdəmirovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, analoji tədbirlərin Gəncənin digər küçə və prospektlərində də aparılması nəzərdə tutulur. "Qəmbər Hüsenli, Hüseyn Cavid küçələrində də yollar genişləndirilir, kommunikasiya xətləri dəyişdirilir. Ayrıca sözügedən yaşayış massivlərindəki tarixi abidələr də restavrasiya edilir" - deyə, İ.Daşdəmirov əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB