Aşura günü hansı məscidlərdə qan veriləcək?

Aşura günü hansı məscidlərdə qan veriləcək?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ-dən SİA-ya verilən məlumata görə, noyabrın 25-də Bakıdakı yeddi və bölgələrdəki altı məsciddə idarənin xətti ilə qanvermə aksiyası keçiriləcək.

Vətəndaşların qan verə biləcəyi məscidlər:

Bakıda:

"Təzəpir" məscidi, "Hacı Soltanəli" məscidi, "Bibiheybət" məscidi, İçərişəhər "Cümə" məscidi, "Qaraçuxur" məscidi, Mir Mövsüm ağa ziyarətgahı, Keşlə qəsəbə məscidi;

Sumqayıt şəhərində: "Cümə" məscidi;

Gəncədə: "İmamzadə" məscidi,

Mingəçevirdə: "Heydər" məscidi,

Şəkidə: Şəki şəhər məscidi,

Lənkəranda: "Böyükbazar" məscidi,

Bərdədə: "Cümə" məscidi.

Bütün xəbərlər Facebook səhifəmizdə