"Yeni nəsil:sərhədsiz məsuliyyət”

"Yeni nəsil:sərhədsiz məsuliyyət” adlı II Beynəlxalq Gənclər Forum keçirilir
"Yeni nəsil:sərhədsiz məsuliyyət”

Bu gün "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı II Beynəlxalq Gənclər Forum keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və bir sıra dövlət rəsmiləri iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətinin artırılmasıdır.

Qeyd edək ki, forum noyabrın 24-nə kimi davam edəcək.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə