Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatının rəhbərliyilə MDB-nin üzvü olan ölkələrin geodeziya, kadastr və yerin məsafədən tədqiq edilməsi üzrə Dövlət Şurasının XXXIV sessiyası keçirilib. SİA-nın xəbərinə görə, 2 gün davam edəcək sessiyada, sahə üzrə aktual məsələ və problemlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunacaq. Burada razılaşdırılmış yüksəklik və koordinat sistemlərinin istifadəsi; xəritə tərtibatı işlərində vahid şərti işarələrin və digər atributların tərtibi, MDB ölkələri arasında SSRİ dövründən mövcud olan Dövlət Geodeziya, Dövlət Yüksəklik, Dövlət Qavimetriya Şəbəkələrinin modernləşdirilməsi, birləşdirilməsi, tarazlaşdırılması, birgə istifadə qaydalarının hazırlanması və digər zəruri məsələlər araşdırılacaq. Bakı şəhərində dövlət torpaq və xəritə komitəsinin sədri Qərib Məmmədov, Geodeziya, Katroqrafiya və Kadastr sahəsi üzrə ölkələrin mərkəzi idərəetmə orqanlarının rəhbərləri, Azərbaycan, Belorusiya, Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrin mütəxəssisləri iştirak edib.
Qeyd edək ki, bu tədbir Azərbaycanda 1998 və 2000-ci illərdə keçirilib. 1992-ci ildən başlayaraq isə növbə ilə bütün ölkələrdə keçirilir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB