Ermənistan neft axtarışına çıxıb

Ermənistan neft axtarışına çıxıb

Bu millətdən Tanrı da üz çevirib. Əsasən dağlıq ərazilərdə məskunlaşan ermənilər enerji qaynaqları əldə etmək üçün başqa xalqların ərazilərini işğal etsələr də nə yazıq ki, həmin bölgələrdə də neft-qaz ehtiyatları demək olar ki, mövcud olmayıb.

SİA-nın verdiyi məlumata görə, artıq bir neçə ildir ki, erməni dövləti Ermənistan ərazisində neft axtarışındadır. Dövlətin iri layihələrinə xarici şirkətlər də cəlb olunub. Bu xüsusda Kanadanın iri neft-kəşfiyyatı şirkətləri, həmçinin "Tim Enerci" (Kanada), Vangold Resources Limited (Kanada), Blackstairs Energy (İrlandiya) axtarış işlərində iştirak edib. Ancaq hələ ki, "neft gördüm" deyən olmayıb.

Bu günlərdə isə "Integral Petroleum" şirkəti Ermənistan hökumətindən neft axtarışı ilə bağlı icazə alıb. Hətta bu gün Ermənistan hökumətinin keçirdiyi iclasın gündəliyinə də bu məsələ daxil edilib.

Xəbər verilir ki, "Integral Petroleum"un səhmlərinin 95 faizinə "İnteqral" şirkəti sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə