MDB ölkələrində orta yaş həddi ilə bağlı 2011-ci ilin statistikası açıqlanıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan uzunömürlülük siyahısında liderdir. Məlum olub ki, ölkəmizin iqtisadi inkişafı, sosial layihələrin həyata keçirilməsi əhalinin yaşayış tərzinə də müsbət təsir edib. Əvvəlki illərə nisbətən Azərbaycan vətəndaşlarının orta yaş həddi artmağa başlayıb.
Məlumatda qeyd olunur ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdən Belarusda 71, Rusiya və Ukraynada 69, Özbəkistanda 67, Türkmənistanda isə uzunömürlülərin orta yaşı 63 ildir.
İnkişaf etmiş ölkələrdə isə bu rəqəm nisbətən artıq göstərilib. Məsələn Yaponiyada bu rəqəm 83, İsveçdə və Fransada 82, İtaliya və Kanadada 81, АBŞ–da 78, Türkiyədə 73-dür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB