Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı keçirilir

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı keçirilir

Bu gün Gülüstan sarayında Yeni Azərbaycan Partiyasının da (YAP) üzv olduğu 21 partiyanın birləşdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilir. SİA-nın xəbərinə görə, İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalar arası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir. VII Baş Assambleyada "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə Asiya ölkələri ilə yanaşı bir sıra Avropa və beynəxalq təşkilatların nümayəndələri də iştirak edir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ilk öncə qonaqları salamlayıb, Azərbaycanın geniş inkişaf tempindən danışıb.

Məlumata üçün bildirək ki, tədbir çərçivəsində 3 plenar iclas keçiriləcək. Plenar iclas çərçivəsində siyasi, iqtisadi, mədəni və bir sıra sahələrdə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına məktub ünvanlayıb.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə prezidentinin məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə