Prezident Mişel Süleymana ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb
Azərbaycan prezidenti İlham Əliyev Livan prezidenti Mişel Süleymana təbrik məktubu ünvanlayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Livan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Livan arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir".
İlham Əliyev Mişel Süleymana möhkəm cansağlığı, işlərində uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB