Bu gecə güclü maqnit qasırğası gözlənilir

Bu gecə güclü maqnit qasırğası gözlənilir

Ekspertlər meteohəssas insanlara öz sağlamlıqları barədə öncədən düşünməyi məsləhət görürlər

Yaxın günlərdə dünyada ən güclü maqnit qasırğası gözlənilir. Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə noyabrın 16-da Günəşdə partlayış müşahidə etmiş NASA ekspertləri məlumat verib. Onların sözlərinə görə, bu maqnit qasırğası o qədər güclü olacaq ki, rəsədxananın çəkdiyi kadrlara belə yerləşməyəcək. Alimlərin qiymətləndirmələrinə görə, hazırda Yer planetinə doğru külli miqdarda Günəş maddələrin hərəkəti müşahidə olunur. Gözlənilir ki, bu kütlə bu gecə bizim planetin üzərini əhatə edəcək.

Ekspertlər meteohəssas insanlara öz sağlamlıqları barədə öncədən düşünməyi məsləhət görürlər. Belə ki, yorğunluqdan xilas olmaq, alkoqoldan imtina etmək və emosiyalarını nəzarətdə saxlamaq məsləhətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə