Mehdi Mehdiyev: "Qarabağ əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan insanlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar"
"Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir". Bu mənada oğul yaranıb Vətəni qorumaq, dövlətini qorumaq ücün. Bu gün dünyanın siyasi xəritəsində yer tutan hər bir dövlət var olduğu üçün canlarını fəda edən şəhidlərinə minətdardır.
İstər Azərbaycanın müstəqilliyi, istərsə də torpaqlarımıza göz dikən Erməni terrorçularına qarşı ölüm dirim savaşında minlərlə Vətən oğlu canlarını qurban veriblər. Dövlətimizdə onların xatirəsini daim uca tutub. Hər zaman dövlətin diqqət mərkəzində olan təbəqələrdən biri də məhz onlardır. Bizimlə söhbət zamanı Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirdi ki, Qarabağ əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan insanlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Növbəti il onların sosial, maddi vəziyyətinin yaxşılaşdırmaq üçün onlara ödənilən vəsaitin artırılacağı bildirilir. Bu məbləğ keçən il ayrılan məbləğlə müqayisədə daha çoxdur. Hal-hazırda şəhid ailələri çoxlu problemlər üzləşirlər. Qeyd edim ki, torpaqlarımızın 20% işğal altındadır. Əgər sülh danışıqları nəticə verməsə atəşkəs hər an pozula bilər. İnsanlarımız vətənpərvər ruhda yetişməli və şəhid ailələrinə diqqəti ayrılmalıdır. Dövlətimizdə bunu nəzərə alaraq şəhid ailələrinin mənzil və məişət problemlərinin həll olunmasını öz üzərinə götürüb. Dövlət dəstəyi ilə binalar inşa olunur. İnsanlarda həmin mənzillərlə təmin olunurlar. Belə ki, Goranboy rayonunda yaşayan 2 nəfər Qarabağ əlilinə fərdi ev tikilmişdir. Rayon İcra Hakimiyyəti başçısının köməkliyi ilə daha 20 nəfər Qarabağ əlilinə fərdi evin tikilməsi üçün yer ayrılmışdır. Qeyd edək ki, hazırda Şəki şəhərində 102 şəhid ailəsi yaşayır ki, bu ailələlərin hər biri prezident təqaüdü ilə təmin olunub.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər 13846 nəfərə şəhid statusu verilib. Bunlardan da 137-si 20 Yanvar şəhididir ki, onların da hər birinin ailəsinə ayda 300 manat müavinət verilir. Şəhid övladlarına ayda 10 manat, kommunal xidmətlərin haqqını ödəmək üçün şəhid ailəsinin hər bir üzvünə hər ay 12 manat verilir. Şəhidlərimiz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuşdu. Həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirilərək yad edillir. Şəhid və milli qəhrəmanlar ailələrinin uşaqları təhsilli ödənişlərdən azaddırlar. Biz təşkilat olaraq çalışırıq ki, bu hal nəinki şəhid ailələrinə həm də müharibə veteranlarına şamil edilsin. Lakin bu kimi güzəştlərin müharibə əlillərinin ailələrinə də tətbiq edilməsi yaxşı olardı. Çünki belə ailələr həm maddi həm də mənəvi olaraq əziyyət çəkirlər. Əlillər işləyə bilmədikləri üçün uşaqlarını ödənişli universitetlərdə oxuda bilmirlər. Bu yaxınlarda Müdafi Nazirliyinin sifarişi ilə Qobustanda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş 16 mənzilli bina istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsini həyata keçirir. Layihənin məqsədi günümüzün ən aktual problemlərindən biri olan, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərin ortaya çıxmış problelərini həll etməkdir. Əmək pensiyaçısı olan Qarabağ veteranlara müavinəti Dövlət Sosial Müdafiə Fondu, əmək pensiyaçısı olmayanlara isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Nazirlik tərəfindən veteranlara verilən müavinət isə 33 manat təşkil edir.
Qeyd edim ki, veteranlar dedikdə təkcə Qarabağ müharibəsi veteranları nəzərdə tutulmur. Xatırlatmaq yerinə düşər ki, 50978 nəfər Qarabağ müharibəsi veteranıdırsa, 3915 nəfər isə başqa ölkələrin ərazilərində gedən məhəlli müharibələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ-nin silahlı qüvvələrinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir. Ümumilikdə cəmi 54893 nəfər veteranımız var. Həmin veteranlara aylıq 33 manat müavinət verilir. Hazırda 12 minə yaxın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən şəxs Qarabağ müharibəsi iştirakçısı əmək pensiyası alır.
Ruqiyyə Cəfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB