Türkiyədəki erməni icması İstanbulda məktəb tikəcək. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, erməni Dadyan məktəbi iki ildə tamamlanacaq və bütün tikinti xərcləri erməni icması tərəfindən qarşılanacaq. Asvazsazsin Kilsə Fondunun idarə heyətinin üzvü Məsut Özdəmir bildirib ki, Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə erməni icması müxtəlif təşəbbüslərini həyata keçirə bilib. O, erməni kilsələrinin bərpasını da nümunə gətirib.
Qeyd edək ki, İstanbulda rəsmən 50 min erməni yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB