Qədim alman evləri yenidən qurulur

Qədim alman evləri yenidən qurulur

Dövlət tərəfindən rayonda aparılan abadlıq-quruğuluq işləri çərçivəsində sözügedən tikintilər də restavrasiya edilir. Qeyd edək ki, Göygöl rayonunda bir vaxtlar almanlar tərəfindən inşa edilən tikililər hazırda tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Rayon İcra Hakimiyyəti Aparatından SİA-nın bölgə müxbirinə verilən məlumata görə təxminən 600-dən artıq ev tarixi əhəmiyyəti qorunmaqla müasirləşdirilir.

İlkin mərhələdə mənzillərin dam örtükləri dəyişdirilir. İstifadə edilən materiallar eyni bənzərdə olan ancaq daha müasir və keyfiyyətli materiallardandır. Artıq 100-ə yaxın alman evində işlər yekunlaşıb. Rayonda sözügedən tikililər əsas tarixi abidələrdən hesab olunur. Hər il 100-lə turist məhz bu mənzilləri, həmçinin digər alman abidələrlə tanış olur. Bunun nəticəsi olaraq rayonda qədim abidələr xüsusi diqqət yetirillir, rayonun tarixi daha geniş şəkildə təbliğ olunur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə