Daha iki əsgərimiz minaya düşdü

Daha iki əsgərimiz minaya düşdü

Azərbaycan Ordusunun daha iki əsgəri minaya düşüb. SİA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Goranboy istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Cəmil Veysəl oğlu Məmmədov və 19 yaşlı Çingizxan Sevgixan oğlu Cərrasov minaya düşüblər. Hər iki əsgər ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib və hər iki əsgərin bir ayağı amputasiya edilib.

Qeyd edək ki, C. Məmmədov Şuşa, Ç. Cərrasov isə Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Xatırladaq ki, bu son günlər cəbhə xəttində baş verən 3-cü analoji hadisədir. Bir neçə gün əvvəl cəbhənin Xocavənd istiqamətində də daha bir əsgərimiz minaya düşərək şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə