Bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonu Nizami kənd sakinləri Qardaşxan Minəxanovun və İmanbaxış Musayevin rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon fövqaladə hallar komissiyasının sədri Həsən Həsənovun onların ailəsinə biganəliyindən bəhs edilən yazılar dərc olunub. Məqalədə bildirilir ki, guya Hacıqabul-Sabirabad-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun rayonun Nizami kəndindən keçən hissəsində Q.Minəxanovun və İ.Musayevin evləri plana düşdüyündən ailələrə çatası vəsaitin bir hissəsi adı gedən icra başçısının müavini tərəfindən mənimsənilib.
SİA-nın Aran bürosunun Rayon İcra Hakimiyyətindən aldığı məlumatda bildirilir ki, KİV-də yer alan bu məlumatlar tamamilə yalan və heç bir fakta əsaslanmamış uydurmalardır. Qeyd edək ki, Hacıqabul-Sabirabad-Bəhrəmtəpə-Horadiz avtomobil yolu "Kolin" şirkəti tərəfindən əsaslı şəkildə yenidən qurulur. Ümumiyyətlə, yolun inşasına Q.Minəxanov və İ.Musayevə məxsus evlərin heç bir maneçiliyi yoxdur.Bu məsələ ilə bağlı həmin şəxslərin bu günədək heç bir sözü və problemi də olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB